PPR Borular

Magna PPR Boru Və Əlavə Hissələri

PPR (Polipropilen Random Copolimer) xammalından TS 9937, TS EN İSO 15874-2, TS EN ISO 15874- 3, TSEK 28 DIN 8077, DIN 8078, DVGW W544 standartlarına uyğun olaraq istehsal edilir. Magna Premium PPR Boru və Əlavə Hissələrinin yüngül və hamar olması, daxili səthinin sürüşkən və parlaq olması, daşlaşma və paslanmanın olmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sektorunda sinkləşdirilmiş (qalvaniksli) boruların yerini alaraq müasir binalarda soyuq və isti su təchizatı sistemlərində əvəzolunmaz həll yolu olmuşdur. Hər növ isti və soyuq su qurğularında istifadə edilən Magna Premium PPR Boru və Əlavə Hissələri, PPR (Polipropilen Random Copolimer) kimi tanınan 3 növ xammaldan istehsal olunur.

PPR xammalı, istiyə, təzyiqə və kimyəvi maddələrə davamlılıq baxımından üç növə bölünür:

Növ-3 xammalı, fiziki və kimyəvi xüsusiyyətləri baxımından Növ-1 və Növ-2 xammallarından daha yüksək effektivliyə və daha üstün xüsusiyyətlərə malikdir.

Plastik boru sektorunda bu xammalın ən əhəmiyyətli xüsusiyyəti - temperatura və kimyəvi təsirlərə qarşı yüksək müqavimətidir. Bu növ müqavimətli PP xammalından istehsal olunan Magna Premium PPR Boru və Əlavə Hissələri soyuq və isti su qurğularında uğurla istifadə edilir.

Tərkibində heç bir bioloji maddənin yer almasına yol vermir və bu səbəbdən də Magna Premium PPR Boru və Əlavə Hissələri əlavə rəng, dad və qoxu yaranmanın qarşısını almaq kimi üstün xüsusiyyətlərə malikdir.

Müvafiq təzyiq və temperatur göstəricilərinə uyğun şəkildə istifadə edildikdə Magna Premium PPR Boru və Əlavə Hissələrinin istismar ömrü 50 ildən artıq olur.

20°C – də və 25 atm (bar) təzyiqdə istismar ömrü 50 ildir.

- 20°C +95°C temperatur intervalında istifadəyə uyğundur. (Boru daxilindəki axıcı məhlulun donma dərəcəsi nəzərə alınaraq izolyasiya tətbiq edilməlidir).

  • Kimyəvi maddələrə qarşı yüksək müqavimətlilik.
  • Korroziyaya qarşı dözümlülük. Daşlaşma və paslanmanın olmaması.
  • Suyun rənginə, qoxusuna və dadına təsir etməməsi
  • Sürüşkən və parlaq daxili səthlərin olması.
  • Qaynaq yerlərində diametrdə daralmanın olmaması. Qaynaq zamanı yüksək effektivliyə malik olması.
  • Montajda 70% qənaət və quraşdırılma zamanı itkinin olmaması.
  • İstilik və səs izolyasiyasını təmin edir.
  • Ətraf mühit dostudur.

PPR Xammaddə Xüsusiyyətləri

Xüsusiyyət Vahid Test Metodu Qiyməti
Sıxlığı +23C q/sm3 ISO 1183 0,909
Ərimə axıcılığı sürəti MFR 190/5
MFR 230/2,16
MFR 230/5
q/10 min
q/10 min
q/10 min
ISO 1133
ISO 1133
ISO 1133
0,55
Həcm axıcılığı surəti MFR 230/2,16 sm3/10 ISO 1133 0,3
Qopma dartınması (50 mm/min) MPa ISO 527/1+2 25
Qopma uzanması (50 mm/min) % ISO 527/1+2 600
Bərkitmənin D Sərtliyi (3 saniyə dəyəri)   DIN 53505 65
Şarpi Dişli (Müqavimət) +23°C
0°C
-30°C
kJ/m²
kJ/m²
kJ/m²
ISO 179/1eU
ISO 179/1eU
ISO 179/1eU
43
43
43
Şarpi Özlülüyü Zərbə Müqaviməti +23°C
0°C
-30°C
kJ/m²
kJ/m²
kJ/m²
ISO 179/1eA
ISO 179/1eA
ISO 179/1eA
52
7
2,5
Vikat Yumşaltma Nöqtəsi VST/A/ 50
VST/B/
°C ISO 306
ISO 306
132
69
Ərimə intervalı   a°C DSC 150-
160
Xətti termal genişlənmə əmsalı   1/K DIN 53752 0,030
Termal keçiricilik   Vt/mK DIN 52612 0,24
Səthi müqaviməti   0hm DIN VDE
0303,T3
>1014

Standart Nömrəsi Ts En Iso 15874-2

Standart Adı Plastik Boru Sistemləri - İsti və soyuq su üçün - Polipropilen (PPR) – Bölmə: 2 Borular
Testlər 1- Mexaniki Xüsusiyyətlər
  Hidrostatik dartınma
(MPa)
Test temperaturu
(oC)
Test Müddəti
(Saat)
Test Təzyiqi
(Bar)
  16 20 1 65
  4.3 95 22 18
  3.8 95 165 15
  3.5 95 1000 14
  2- Fiziki və Kimyəvi Xüsusiyyətlər
    Tələb Parametr Müddət(Saat)
  Ölçülü sabitlik ≤ %2 135 oC en ≤ 8mm > 1
8mm ≤ en ≤ 16mm > 2
en ≤ 16mm > 4
  Hidrostatik Təzyiq Testi Vasitəsi İlə Termal Sabitlik Test müddəti ərzində partlama meydana gəlməməlidir. 110 oC - 1,9 MPa 8760
  Zərbə müqaviməti ≤ %10 0 oC - 10 hissə en ≤ 8,6mm > 1
8,6mm ≤ en ≤ 4,1mm > 2
en ≤ 14,1mm > 4
  MFI (Xammal) ≤ 0,5gr / 10 dk 230 oC - 2,16 kq  
  MFI (Boru) Xammal ilə müqayisə edildikdə fərq 30% artıq olmamalıdır. 230 oC - 2,16 kq  

Magna Premium Ppr Boru Və Əlavə Hissələri Temperatur Və Təzyiq Ömrü Cədvəli

Temperatur (°C) Xidmət Ömrü (İl) İşçi Təzyiqi (Bar)
20
1 30.0
5 28.1
10 27.3
25 26.5
50 25.7
30
1 25.5
5 23.9
10 23.2
25 22.3
50 21.8
40
1 21.5
5 20.2
10 19.6
25 18.8
50 18.3
50
1 18.3
5 17.0
10 16.5
25 15.9
50 15.4
60
1 15.4
5 14.3
10 13.8
25 13.3
50 12.7
65
1 14.6
5 13.6
10 13.1
25 12.6
50 11.1
70
1 13.0
5 11.9
10 11.7
25 10.1
30 8.8
50 8.5
Əsas Götürülmüş Standart: DIN 2000
İstifadə etmə dövrü Temperatur (°C) Xidmət Ömrü (il) İşçi Təzyiqi (Bar)
30 gün/il
75
5 17.27
10 13 79
25 11.74
45 10.18
 
80
5 13.50
10 13.80
25 11.14
42.5 9.79
 
85
5 12.42
10 11.87
25 10.14
37.5 9.18
 
90
5 11.39
10 10.94
25 8.86
35 8.16
60 gün/il
75
5 14.11
10 13.57
25 11.58
45 10 05
 
80
5 13.12
10 12.54
25 10.56
40 9.41
 
85
5 12.03
10 11.52
25 9.22
35 8.48
 
90
5 11.04
10 9.76
25 7.81
30 7.46
Boru diametri (ø) Daşıma gücü (lt/m)
20 0,137
25 0,216
32 0,353
40 0,556
50 0,876
63 1,385
75 1,963
90 2,827
110 4,231

PPR Növ - 3 xammalından istehsal olunan PPR borular fiziki quruluşuna uyğun olaraq istidə uzanıb, soyuqda qısalırlar. 5 m-dən daha uzun məsafələrdə quraşdırılacaq qurğularda, genişlənmə qaydalarına riayət edilməlidir.

Xətti genişlənmə hesabı aşağıdakı düstur ilə hesablanır:

ΔI = Lo x a x Δt
ΔI : Uzanma Miqdarı (mm)
a : Xətti Genişlənmə əmsalı a = 0,150 mm/m oK
Lo : Borunun İlk Uzunluğu (m)
ΔI : Temperatur Fərqi (oC)
Boru Uzunluğu İstilik Fərqi DT (°C)
L(m) 10 20 30 40 50 60 70 80
1,0 1,50 3,00 4,50 6,00 7,50 9,00 10,50 12,00
2,0 3,00 6,00 9,00 12,00 15,00 18,00 21,00 24,00
3,0 4,50 9,00 13,50 18,00 22,50 27,00 21,50 36,00
4,0 6,00 12,00 18,00 24,00 30,00 36,00 42,00 48,00
5,0 7,00 15,00 22,50 30,00 37,50 45,00 52,50 60,00
6,0 9,00 18,00 27,00 36,00 45,00 54,00 63,00 72,00
7,0 10,50 21,00 31,50 42,00 52,50 63,00 73,50 84,00
8,0 12,50 24,00 36,00 48,00 60,00 72,00 84,00 96,00
9,0 13,50 27,00 40,50 54,00 67,50 81,00 94,50 108,00
10,0 15,00 30,00 45,00 60,00 75,00 90,00 105,00 120,00

Üfüqi döşənən PPR borularda sabit xamut intervalları aşağıdakı cədvəldə verilmişdir. Şaquli qurğudakı xamut intervalları, üfüqi xamut intervalları ilə eyni olmalıdır.

Sabit nöqtələr

Sabit nöqtələr, qurğudakı nəzarət edilməyən hərəkətlərin qarşısını alır və eyni zamanda bütün qurğunu kiçik genişlənmə hissələrinə ayırır. Sabit nöqtə yerlərinin müəyyənləşdirilməsində, borunun uzanma miqdarı, ağırlığı, içindəki mayenin xassəsi və əgər varsa digər qüvvələr rol oynayır.

Sabit nöqtələr, sərbəst bükülmə parçasının itələmə qüvvəsindən daha möhkəm olmalıdır. Sabit nöqtələrin genişlənməyə uyğun olması üçün müvafiq məsafələrə yerləşdirilməsi lazımdır.

Sabit nöqtələr, boruları hər hansı bir yerə sıx şəkildə bərkitmək üçün istifadə edilir. Sabit nöqtələr, xamutlar və ya cüt tərəfli bərkitmə sistemində mufta və fittinq qaynaq yerlərindən istifadə edilir.

Xamut məsafələri

Temperatur Fərqi AT (ºC) Boru diametri (mm)
20 25 32 40 50 63 75 90 110
10ºC 85 105 125 140 165 190 205 220 250
20ºC 60 75 90 100 120 140 150 160 180
30ºC 60 75 90 100 120 140 150 160 180
40ºC 60 70 80 90 110 130 140 150 170
50ºC 60 70 80 90 110 130 140 150 170
60ºC 55 65 75 85 100 115 125 140 160
70ºC 50 60 75 80 95 105 115 125 140

Plastik Boru sektorunda, PPR (Polipropilen Random Copolimer) xammalı ilə şüşə lif dəstəkli polipropilen xammallarının birləşməsi ilə istehsal olunan Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri daxili səthinin sürüşkən və parlaq olması, daşlaşma və paslanmanın olmaması, gigiyenik olması, quraşdırılmanın asan olması kimi üstün cəhətləri müasir binalarda soyuq və isti su təchizatı sistemlərində əvəzolunmaz həll yolu olmuşdur. Hər növ isti və soyuq su qurğularında istifadə edilən Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri PPR (Polipropilen Random Copolimer) kimi tanınan 3 Növ xammaldan istehsal olunur.

Plastik boru sektorunda Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri, xüsusilə isti su keçidi olan qurğular üçün nəzərdə tutulmuşdur. Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələrdə istifadə edilən yüksək izolyasiya xüsusiyyətli orta təbəqə, borunun genişlənməsinin və sallanmasının qarşısını alır.

Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri bina daxili soyuq və isti su sistemlərində istifadə edilən təzyiqli boru sistemidir. Çox mərtəbəli quruluşa malikdir. Orta təbəqə şüşə lif dəstəkli PPR (polipropilen random copolimer), xarici və daxili qat PPR xammalından təşkil olunur. Xidmət Sinfi 1/10 barlıq boru qrupuna aiddir. 200-də 20 bar və 25 bar təzyiq altında 50 il işləməyə uyğun şəkildə hazırlanmışdır.

Şüşə lif tərkibli PPR borular folqalı borulara yaxın termal genişlənmə əmsalına malik olduğu üçün folqalı boruların tətbiq edildiyi sahələrdə asanlıqla istifadə edilə bilərlər.

Şüşə Lifli PPR üçün: 0,040 mm/mk

Folqalı Boru üçün: 0,030 mm/mk

Şüşə lif tərkibli PPR boruların qaynağı düz boru kimidir, təmizlənmə prosesi tələb olunmur.

Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri uyğun təzyiq və istilik dərəcələrində istifadə edildiyi təqdirdə, istismar müddəti 50 ildən artıqdır.

  • 20°C-də 20 bar və 25 bar təzyiqdə istifadə müddəti 50 ildir.
  • -20°C ilə +90°C intervalında istifadəyə uyğundur. (Boru daxilindəki axar maddənin donma dərəcəsi nəzərə alınaraq izolyasiya tətbiq edilməlidir.
  • DIN 4102 standartına görə B2 sinfindəndir.
  • Şüşə Lifli PPR Kompozit Boru isitmə və soyutmanın birlikdə istifadə edildiyi sistemlərdə tərləmə və uzanma problemi yaratmır.
  • Şüşə Lifli PPR Kompozit Boru və Əlavə Hissələri kimyəvi maddələrə qarşı yüksək davamlılıq göstərir.
  • Korroziyaya dözümlüdür. Daşlaşma və paslanma olmur.
  • Sürüşkən və parlaq daxili səthlərə malikdir.
  • Qaynaq yerlərində diametrdə daralma əmələ gəlmir. Yüksək qaynaq məhsuldarlığına malikdir.
  • Şüşə Lifli PPR Kompozit Boru əlavə təmizləmə prosesi olmadığı üçün, sürətli və ardıcıl montaj imkanı yaradır.
  • Estetik görünüşü ilə suvaq üstü istifadə üçün uyğundur.
  • Ətraf mühitə ziyan verməz.
  • Montaj itkisi yoxdur.
  • Şüşə Lifli PPR Kompozit Boru isitmə və soyutmanın birlikdə istifadə edildiyi sistemlərdə tərləmə və uzanma problemi meydana gətirmir.
  • Folqa borularda alüminiumun əmələ gətirdiyi istilik itkiləri Şüşə Lifli PPR Kompozit Borularda mövcud olmur.

Alüminium istiliyin ötürülməsi əmsalı: 190 Vt/mk

Şüşə Lifdə istiliyin ötürülməsi əmsalı: 1,10 Vt/mk

Kompozit boruların daxili və xarici səthləri, lupa istifadə etmədən adi gözlə baxıldıqda düzgün, təmiz, dişsiz, qabarcıqsız və məsafəsiz olmalıdır. Materialda gözlə görünən nöqsanlar olmamalıdır.

Boru ucları təmiz boru oxuna nisbətən dik şəkildə kəsilmiş olmalıdır.

Nominal diametr (dn) Xarici diametr orta hesabla Boru seriyası S: 2,5 - Sinif 1/10 Bar Boru seriyası S: 3,2 - Sinif 1/10 Bar
  min. dn max. dn Boru qalınlığı (mm) PN 25 Boru qalınlığı (mm) PN 20
20 20,0 20,3 3,4 2,8
25 25,0 25,3 4,2 3,5
32 32,0 32,3 5,4 4,4
40 40,0 40,4 6,7 5,5
50 50,0 50,5 8,3 6,9
63 63,0 63,6 10,5 8,6
75 75 75,7 12,5 10,3
90 90 90,9 15 12,3
110 110 111 18,3 15,1

Şüşə lif dəstəkli PPR

PPR Növ - 3 xammalından istehsal olunan Kompozit borular, fiziki quruluşuna uyğun olaraq istidə uzanıb, soyuqda qısalırlar. 5 m-dən daha uzun məsafələrdə quraşdırılacaq qurğularda genişlənmə qaydalarına riayət edilməlidir. Xətti genişlənmə aşağıdakı düsturla hesablanır:

ΔI = Lo x a x Δt
ΔI : L0 x a x Δt
ΔI : Uzanma Miqdarı (mm)
a : Xətti Genişlənmə əmsalı a=0,150 mm/m0K
L0 : Borunun İlk Uzunluğu (m)
ΔI : Temperatur Fərqi (0C)
Boru uzunluğu Temperatur Fərqi AT
(m) 10 20 30 40 50 60 70
5 2 4 6 8 10 12 14
10 4 8 12 16 20 24 28
15 6 12 18 24 30 36 42
20 8 16 24 32 40 48 56
Temperatur fərqi AT (˚C) Boru Diametri
  Ø 20 mm Ø 25 mm Ø 32 mm Ø 40 mm Ø 50 mm Ø 63 mm Ø 75 mm Ø 90 mm Ø 110 mm
0ºC 115 130 150 165 185 215 240 260 280
20ºC 90 100 115 130 145 165 185 200 215
30ºC 90 100 115 130 145 165 185 200 210
40ºC 80 90 105 120 135 155 175 190 200
50ºC 80 90 105 120 135 155 175 190 180
60ºC 70 80 100 115 130 145 165 180 175
70ºC 65 75 90 105 120 135 155 175 175

PPR - ŞÜŞƏ LİFLİ PPR BORULARDA BİRLƏŞDİRMƏ METODLARI

Polipropilen borular soket qaynağı ilə birləşdirilir. Bunun üçün xüsusi hazırlanmış qaynaq cihazı istifadə edilir. Hər diametr üçün xüsusi teflon örtüklü hissələrin köməyi ilə qaynaq edilir. Boruları qaynaq ediləcək yerlərdən düzgün kəsmək üçün boru kəsən qayçıdan istifadə edilir. Qaynaq ediləcək səthlər təmiz və tozdan təmizlənmiş olmalıdır.

Boru Qaynağı prosesi

  • Qaynaq ediləcək boru diametrinə uyğun qaynaq maşınına taxılaraq isinməyə qoyulur.
  • Təxminən 260°C istiliyə çatana qədər qızdırılır.
  • Qaynaq ediləcək boru borukəsən qayçı ilə dik şəkildə düzgün kəsilməlidir. Alüminium folqa boruda isə borunun xarici hissəsi təmizlənərək soyulmalıdır.
  • Qaynaq ediləcək səthlər dəsmalla təmizlənməlidir.
  • Qaynaq ediləcək dərinlik göstəricisi borunun üstündə işarələnir. (Bax. Qaynaq cədvəli)
  • Boru hissəsi dişi dəzgaha, qaynaq ediləcək fittinq hissə isə erkək dəzgaha ehtiyyatla yerləşdirilərək isidilir.
  • Qaynaq cihazında müəyyən müddət qızdırılan boru və fittinq hissəsi dəzgahdan çıxarılır və dərhal bir-birinə keçirilir. (Bax. Qaynaq cədvəli)
  • Birləşən hissələr müəyyən bir müddət soyumağa qoyulur. (Bax. Qaynaq cədvəli). Soyuma müddətindən sonra materiallar istifadə edilə biləcək vəziyyətdə olur.

QAYNAQ CƏDVƏLİ

Boru diametri (mm) Qaynaq dərinliyi (mm) İsitmə müddəti (sn) Qaynaq müddəti (san) Soyutma müddəti (dəq)
20 14 5 4 2
25 15 7 4 2
32 17 8 6 4
40 18 12 6 4
50 20 18 6 4
63 25 24 8 6
75 28 30 8 8
90 30 40 8 8
110 33 50 10 8
  • Kəskin və sərt materiallarla toqquşmalardan və zərbədən qoruyun.
  • Deformasiya olmuş və ya zədələnmiş, çatlamış borulardan istifadə etməyin.
  • Saxlanma yerlərində boruları günəş şüaları altında uzun müddət saxlamayın.
  • Qaynaq edərkən çirklənmiş boru və əlavə hissələri təmizləyin.
  • Boruları yalnız boru qayçısı ilə kəsin.
  • Qaynaqdan sonra boru və əlavə hissələri çevirməyin.
  • Metal birləşmə hissələrini sıxarkən kəndirdən çox istifadə etməyin. (Kəndir əvəzinə teflon lentdən istifadə olunması tövsiyə edilir)
  • Metal birləşmə hissələrində düz dişli parçalar işlədin və həddən artıq sıxmaqdan çəkinin.
  • Bükmə tələb edilən hallarda odla isitmək əvəzinə isti havadan istifadə edin.
  • Qurğu döşəndikdən sonra suvaq ilə bağlanmadan əvvəl sızma testindən keçirin.
  • Mühit temperaturu +5C-dən az olarsa isitmə müddəti 50% faiz artırılmalıdır.

Boru qurğusunun montajı başa çatdıqdan sonra aşağıdakı test üsulu ilə mütləq testdən keçirilməli və yoxlandıqdan sonra bağlanmalıdır.

Test Üsulu:

Qurğuda yerləşən bütün klapanlar bağlanır.

Qurğuya su verilərkən əsas klapan açılır, lakin bu açılış az olmalıdır. Borunu güclü təzyiq zərbəsindən qorumaq üçün kəmərin ən yüksəkdə olan və ən uzaq nöqtəsindən ehtiyatlı şəkildə qurğunun havası alınır. Bu nöqtədən su çıxana qədər qurğuya yavaş şəkildə su doldurulur.

3.Test olunacaq qurğuda hər bölgənin klapanı açılaraq ayrı - ayrı test edilir.

Test Başlanğıcı:

Təzyiq testi iki addımdan ibarətdir.

1-ci Addım: Binadakı bütün boru avadanlığında nəzərdə tutulan ən yüksək istismar təzyiqinin 1,5 dəfəsi ilə 30 dəqiqə müddət ərzində testdən keçirilir. Bu müddət ərzində 10-cu və 20-ci dəqiqələrdə qurğuda təzyiqin aşağı düşməsi və sızıntı müşahidə olunur. Sızıntı olmadıqda, lakin təzyiq azaldıqda bərkitmə edilərək təzyiq həddi yenidən test göstəricisinədək artırılır. 30 dəqiqəlik müddət ərzində təzyiq 0,6 bardan aşağı düşməməli və hər hansı bir sızıntı baş verməməlidir.

2-ci Addım: 2 saat müddətində binadakı bütün boru avadanlığına nəzərdə tutulan ən yüksək işçi təzyiqinin 1,5 dəfəsi ilə təzyiq vurulur. Bu dəfə 2 saat sonunda təzyiqin 0,2 bardan aşağı düşməməsi və hər hansı bir sızıntının olmaması lazımdır.

Əgər hər iki addımda da problem yaranarsa, bu, qurğuda çirkabın olmasını göstərir. Sızıntı olan xətdəki nöqtə dəyişdirilməlidir. İstifadəyə başlamazdan əvvəl bütün qurğunun kənarının quru və görünən olmasına diqqət yetirilməlidir

Testdə istifadə olunmayacaq xətlər kəsilib hər hissə ayrı-ayrı testdən keçirilməli və testin sonunda qurğu istifadə edilməyəcəksə mütləq boşaldılmalıdır. İstifadə olunmayacaq xətdə su qalmamalıdır.

  • Instagram
  • Youtube
Azərbaycan 20, АZ7000, Naxçıvan , Azərbaycan
Telefon Nömrəsi: +994365441315
Yukarı