14.000 kv.m sahədən ibarət olan müəssisə: istehsalat sahəsi, administrasiya və iş otaqları, laboratoriya, xammal və hazır məhsullar üçün nəzərdə tutulmuş anbarlardan ibarətdir. İstehsalat sahəsi ən yüksək texniki avadanlıqlarla avtomatlaşdırılmışdır.
- Aylıq istehsal həcmi 1500 ton olan müəssisədə, 7 növ 160 çeşid müxtəlif qapı, pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, o cümlədən, polietilen əsaslı davamlı suvarma boruları, PVC əsaslı keramik aksesuarlar və yumşaq kauçuk suvarma xortumları, kanalizasiya boruları və müxtəlif boru fitinqləri istehsal olunur. Hər bir məhsul beynəlxalq serftifikata malikdir.
7 tip 160 adda məhsul
7 növ 160 fərqli adda məhsul çeşidi olan Magna, bölgədə ən geniş istehsal həcminə sahibdir. PPR boru və əlavə hissələri, PVC profil və aksesuarları, Panel və Alümnium Radiatorlar, Dam örtükləri
Şirkətimizin məhsulları beynəlxalq və avropa standartlarına uyğun şəkildə istehsal olunur. Zavodumuzda yüksək səviyyəli keyfiyyətə nəzarət metodları tətbiq olunur. Belə ki, zavoda daxil olan xammal, istehsalat prosesi və hazır məhsul ayrı ayrılıqda yoxlamadan keçirilir. Məhsulların yoxlanma testləri, beynəlxalq standartlar əsasında öz laboratoriyamızda aparılır. Zavodumuzda mövcud olan mühəndislik santexnikası uzunmüddətli istifadə üçün ideal texniki xüsusiyyətlərə malikdir.
Şirkətimizin yüksək istehsalat həcmi və texniki avadanlıqları bizə avropa standartlarında məhsul istehsal etmək fürsətini yaradır. Alıcılarımıza keyfiyyətlə yanaşı sərfəli qiymət seçimi yaratmaq şirkətimizin önəmli məqsədlərindən biridir.
Anbarlarımızın həcmi istehsalatın ən yüksək dövrlərində belə bütün məhsulların yerləşməsini təmin edir. Yük həcmi 5-20 ton olan 25-dən çox nəqliyyat vasitələri ölkəmizin müxtəlif bölgələrinə çatdırılma xidmətini həyata keçirməyə imkan verir.
Daima irəli addımlamaq üçün, şirkətimiz qrup və ya individual şəkildə seminarların təşkili və digər birgə tədbirlərin təşkil edilməsinə müsbət yanaşır. Texniki xidmət üzrə mütəxəssislərimiz hər zaman sizə kömək göstərməyə hazırdır.
NAXÇIVAN / ZAVOD
BAKI / MƏRKƏZ
Nəsimi rayonu, Alı Mustafayev 1B, Bakı, AZ1111, Azərbaycan
+994124049444
GƏNCƏ
MOSKVA
DƏRNƏGÜL
SƏDƏRƏK
Qaradağ rayonu, Sədərək ticarət mərkəzi, Sədərək ticarət firması B blok 1
+994555003117